Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qadın paltarı geyinmiş kişi kamikadze

İyul 21
13:46 2015

Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda ötən gün 30 nəfərin ölümü, 104 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verdiyi yerdə araşdırmalar davam edir.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin ehtimala görə, partlayışın 18 yaşlı İŞİD xəvaric terror qruplaşması üzvü qız tərəfindən törədildiyi hesab edilsə də, hadisə yerində aşkarlanan kişi başı ekspertlərdə bəzi şübhələr yaradıb. Bildirilir ki, partlayışın baş verdiyi yerin yaxınlığında gövdəsindən ayrılmış və böyük hissəsi parçalanmış kişi cəsədinə aid baş tapılıb. Aşkarlanan bu baş səbəbindən terror hadisəsini qadın paltarı geyinmiş kişi tərəfindən törədilməsi şübhəsi yaranıb.

Partlayışın təsirinin güclü olması səbəbindən ərazidə olan cəsədlərin əksəriyyətinin tanınmaz halda olduğu bildirilir. Hazırda məhkəmə tibbi ekspertizası aşkarlanan kişi başının terrorçuya, yoxsa aksiyaçlardan birinə aid olması faktını araşdırır.

Xatırladaq ki, ötən gün gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.

Kamikadze hücumun İŞİD xəvaric terror qruplaşmasının üzvü olan 18 yaşlı qız tərəfindən törədildiyi bildirilsə də bu istiqamətdə araşdırmalar davam edir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD xəvaric terror qruplaşmasıdır. Onları İŞİD xəvaric terror qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD xəvaric terror qruplaşmasının – İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər