Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qəddafinin oğluna hökm oxundu

İyul 29
15:10 2015

Liviyanın keçmiş liderinin oğluna qiyabi olaraq hökm çıxarılıb.

Bu gün Tripoli Cinayət Məhkəməsi Liviyanın keçmiş lideri Müəmmər Qəddafi rejiminin 8 üzvünə, o cümlədən onun oğlu Seyf əl-İslama ölüm hökmü çıxarıb.

“Sələf Xəbər” bu barədə “Report”a istinadən xəbər verir.

Ölüm cəzasına məhkum olunanların arasında, həmçinin keçmiş Baş nazir əl-Bağdadi əl-Mahmudi və Liviya kəşfiyyatının eks-rəhbəri Abdullah əl-Sinusi də var.

Liviyanın keçmiş liderinin oğlu məhkəmə salonunda olmayıb, o, qiyabi olaraq məhkum edilib. Seyf əl-İslam hazırda Tripolidəki hökumətə tabe olmaqdan imtina edən silahlı qüvvələrin nəzarəti altındakı Zintan şəhərindəki həbsxanadadır.

Digər xəbərlər