Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qəzzada partlayış baş verib

May 16
12:54 2015

Qəzzanın şimalında güclü partlayış meydana gəlib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Qəzzanın şimalında yerləşən Beyt Lahya bölgəsində İsrail hücumlarından qalmış bir raket zərərsizləşdirilərkən partlayıb. Bu barədə Qəzza Səhiyyə nazirliyi sözçüsü Əşrəf əl-Kudra xəbər verib.

Hadisə nəticəsində 50 nəfərə yaxın fələstinli xəsarət alıb. Yaralılar dərhal bölgədəki Kamal Udvan xəstəxanasına çatıdırılıb, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əvvəl verilən açıqlamalarda İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda partlamamış müxtəlif bomba, raket və minalar da daxil olmaqla, 5 ton hərbi sursat zərərsiz hala gətirilib.

Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər