Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qırğızıstan məktəblərində hicab qadağan edildi

Avqust 12
16:19 2015

“Sələf Xəbər” sunnapress.com saytına istinadən bildirir ki, Qırğızıstanda şagirdlərin məktəbə hicabla getməsi qadağan edilib.

Ölkənin elm və təhsil naziri Elvira Sarıyeva: “Baş nazir aydın şəkildə bəyan edib ki, dünyəvi dövlət dünyəvi qanun-qaydalarla idarə olunmalıdır, ancaq dini baxışlara da hörmət edilməlidir. Məktəb çərçivəsində standart məktəbli forması təsdiqlənib. Biz hesab edirik ki, şagirdlər bu qaydaya əməl etməlidir.”

Onun sözlərinə görə, Qırğızıstan müftisi və Dini Məsələlər üzrə Dövlət Komissiyası da məktəblərdə hicabın geyinilməsinin qəbuledilməzliyini bildiriblər.

O həmçinin bildirmişdir ki, vahid məktəbli uniformasında hicablı geyim olmadığı üçün belə bir qərar verilmişdir. Valideynlərin irad və təkliflərinin qəbul edilməsi üçün Nazirlik tərəfindən monitorinq işçi qrupu yaradılmışdır. Valideynlərin təkliflərini nəzərə alaraq dəyişiklik lazım olarsa, bunu təhsil başlayana qədər həyata keçirəcəyik.

Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Müqəddəs Quran, “Əhzab” surəsi, 59).
Uca Allah həmçinin buyurur: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…” (Müqəddəs Quran, “Nur” surəsi, 31).
“Görünənlər istisna olmaqla” – yəni üz və biləklərə qədər əllər.

Əlbəttə ki, qeyri-müsəlman ölkələrindən fərqli olaraq bir sıra müsəlman ölkələrində bəzən təhsil müəssisələrində müsəlman qadınların hicab geyinmək qadağası ilə rastlaşması faktı bizi kədərləndirməyə bilməz.

Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər