Qırğızıstan prezidenti siyasətçiləri İslamı hakimiyyət uğrunda mübarizədə istifadə etməməyə çağırdı
1. 114 dəfə baxılıb
İslam insanları ayıran silah kimi istifadə olunmamalıdır. Bu haqda Qırğızıstanın Müdafiə Şurasında prezident Almazbek Atambaev bəyan edib. Qırğız liderinin sözlərinə görə, ölkənin milli mədəniyyətini ərəb təsiri təhdid edir, bir çox dini təşkilatların fəaliyyəti isə ciddi münaqişələrə səbəb olur. Prezident hesab edir ki, dövlət dinə nəzarət etməlidir və onu lazımi istiqamətə yönəltməlidir, “MİR 24” telekanalının müxbiri Jazgül Kərimova xəbər verir.
Respublikadakı dini vəziyyət 8 il ərzində ilk dəfədir Müdafiə Şurasının iclasının əsas mövzusudur. Hökumət həmişə dinə qarışmama siyasətini yürüdürdü – bunu ölkənin Konstitusiyası nəzərdə tutur. İndi də siyasətin dini fəaliyyətin nizamlanması sahəsində dəyişiklikləri yalnız təhlükəsizlik məsələlərinə aid olacaq və vətəndaşların din azadlığına dair konstitusiya hüquqlarına toxunulmayacaqdır. Prezident Almazbek Atambaev açıq bildirdi ki, bu gün bəzi siyasətçilər dindən siyasi hədəfləri üçün istifadə edir.
“Din azadlığını bəhanə gətirərək məmurlar bu sahədə olan problemlərə göz yumurdular. Əgər bu gün dövlət dinin koordinasiyasını öz əllərinə götürməsə, bunu başqa qüvvələr edəcək. Bununla onlar bizim xalqımızın vəhdətini poza bilər. Bəzi müsəlman ölkələrində ayrı-ayrı siyasətçilər dini hakimiyyət uğrunda mübarizənin silahına çevirib”, – Qırğızıstan prezidenti Almazbek Atambaev deyib.
Əgər dini birliyin fəaliyyəti cəmiyyət üçün təhdid olacaqsa, dövlətin qarışması mütləqdir. Bunun üçün Dinlərlə iş üzrə Agentlik tərəfindən qanunvericiliyə düzəlişlər hazırlayacaq. İdarənin başçısı Orozbek Moldaliyev dini təhsilin üzərində işləməyin vacibliyini qeyd edib. Bir çox qırğızlar onu xaricdə alır. Belə insanlar şübhəli cərəyanların yayıcısına çevrilə bilər.
Qırğızıstanın Dinlərlə iş üzrə Dövlət Komissiyasının direktoru Orozbek Moldaliyev həmkarlarını “dini təşkilatların qeydiyyatını qaydaya salmağa çağırıb – indi onlardan bir çoxu gizli işləyir”.
Müdafiə Şurasında Qırğızıstan Müsəlmanları İdarəsinin ünvanına sərt fikirlər də səslənib. Prezidentin fikrincə, idarə çoxdan ticarət strukturuna çevrilib. Təkcə həccin təşkilinə ayrılan məbləğdən hər il 150 min dollara yaxın vəsait kölgədə qalır. Yeni idarə başçısı planlaşdırılan islahatlardan danışıb.
“Muftilik – cəmiyyətimizin bir hissəsidir və, təəssüf ki, o da həmçinin korrupsiyaya mübtəladır”, – Qırğızıstan müftisinin səlahiyyətlərini icra edən Maksat Toktomuşev etiraf edib.
Ekspertlər növbəti görüşdə KİV-in nizamlanması məsələlərini nəzərdən keçirməyə qərar verib. Xüsusilə, .kg zonasını ekstremist saytlardan təmizləmək təklif olunub.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey AbdurRahman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə onda (Allah) səni bu işlə baş-başa buraxar” (Əl-Buxari).