Quran müsabiqəsində 9 yaşlı oğlan qalib olub
İyul 06
15:48
2015
735 dəfə baxılıb
“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən xəbərinə görə, 9 yaşlı oğlan Səudiyyə Ərəbistanında keçirilən Quran müsabiqəsində üçüncü yeri tutub.
9 yaşlı hindistanlı müsəlman oğlan Quran oxumaq bacarığı üzrə müxtəlif yaş qruplarından olan 2000 iştirakçının yarışdığı müsabiqədə üçüncü yeri tutaraq, təşəkkür məktubu və 9000 riyal (2500 azn) mükafat alıb.
“Mənim oğlum Amir iyunun 29-da Ərəbistanın Ciddə şəhərində Kral Salman bin Əbdüləzizin dəstəyi ilə keçirilən Beynəlxalq Quran oxuma müsabiqəsində üçüncü yeri tutub”. Bu sözləri Hindistanın Ratlle şəhərində məscidlərdən birinə imamlıq edən Amirin atası Muhamməd Rais deyib.
Onu da qeyd edək ki, gənc hafiz Qurani-Kərimi bütünlüklə əzbərləmək üçün cəmi yarım il vaxt sərf edib.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsələrdir”. (Əl Buxari)