Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qurban bayramında 4 gün iş olmayacaq

Avqust 21
13:43 2015

Qurban bayramında Azərbaycanda 4 gün qeyri-iş günü olacaq.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, Nazirləri Kabinetinin qərarına əsasən bu il sentyabrın 24-25-də Qurban bayramı qeyd ediləcək. Təqvimə əsasən 24 sentyabr cümə axşamına, 25 sentyabr cümə gününə, 26 və 27 sentyabr isə şənbə-bazar günlərinə təsadüf etdiyi üçün ölkədə üst-üstə 4 gün qeyri-iş günü olacaq.

Sələf Xəbər: Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)

Digər xəbərlər