Rus qırıcısı Türkiyə sərhəddini keçdi – Türkiyə XİN Rusiyaya sərt xəbərdarlıq etdi
701 dəfə baxılıb
Ötən həftənin şənbə günü Türkiyənin cənub-şərq hava sərhədlərini pozmuş Rusiya hərbi təyyarəsi Türkiyəyə məxsus F16 təyyarələri ilə geri qaytarılmışdır. Bu haqda bu gün Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Sələf Xəbər”in xarici mediaya istinadən məlumatına görə, bəyanatda deyilir ki, Rusiyanın Ankaradakı Fövqəladə və Səlahiyyətli səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq baş vermiş hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.
Bununla yanaşı Türkiyə Rusiyanın Suriyaya müdaxiləsinə etirazını bildirərək bu müdaxilənin köklü yalnış olduğunu vurğulayıb.
Dünən Rəcəb Tayyib Ərdoğan da çıxışı zamanı rəsmi Moskvanın Suriyaya müdaxiləsini qəbuledilməz və bu addımı köklü yalnış addım adlandırıb.
Fransa səfərinə gedərkən hava limanında jurnalistlərə müsahibəsində Ərdoğan Rusiyanın Suriyaya müdaxiləsinin qəbuledilməz olduğunu bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)