Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rus təyyarələrinin hücumuna görə cümə namazı qılınmadı

Oktyabr 03
15:11 2015

Rus Hava Qüvvələrinə aid döyüş təyyarələri Humusda uçuşlar həyata keçirib.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, rus ordusuna aid döyüş təyyarələrinin Humus şəhərinin şimalında müxaliflərin idarəsindəki ilçə, diyar və kəndlər üzərində reallaşdırdığı sıx uçuşlar səbəbiylə xalq hücum ehtimalına qarşı cümə namazlarını ləğv edib.

Bölgədəki din xadimləri cümə namazının ləğvi barədə fətva veriblər.

Humus Media Mərkəzi məlumatı təsdiqləyərək din nümayəndələrindən fətva alaraq cümə namazının baş tutmadığını qeyd edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız”. (Qurani-Kərim, “Cumuə” surəsi, 9,10-cu ayələr)

Digər xəbərlər