Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Rusiya, hadisələrin Türkiyə ilə sərhəddə davam etməsini istəyir”

Yanvar 25
18:20 2016

Rusiya Suriyanın şimalında PYD qüvvələrini silahlandıraraq Türkiyə ilə sərhəd Azez qəsəbəsinə doğru istiqamətləndirir.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə müxalif liderlərdən Hacı Həsən məlumat verib.

Onun sözlərinə görə, Ceriz, Der Cimeyl, Ərşaf, Kəfərgan, Əhras və Tel-Rafət bölgələrində möhkəmlənən İŞİD terror xəvaric qruplaşmasına qarşı məqsədli şəkildə hava hücumları təşkil olunmur:

“İŞİD terror xəvaric qruplaşması Rakka, Əl Bab, Munbuçdan, hətta İraqdan bu bölgəyə terrorçu gətirir. Onlar tank və zirehli texnika ilə hücum edir. Rusiya İŞİD terror xəvaric qruplaşmasına qarşı hava hücumları təşkil etmir. Əksinə, onların irəliləməsinə şərait yaradılır. Məqsəd İŞİD-i Azez qəsəbəsinə yönləndirməkdir. Rusiya hadisələrin Türkiyə ilə sərhəddə davam etməsini istəyir.

İŞİD terror xəvaric qruplaşması Azezə girərsə, Kobani və Tel-Abyadda olduğu kimi, ABŞ hərəkətə keçəcək və İŞİD terror xəvaric qruplaşmasını bölgədən çıxaracaq. Terrorçulardan təmizlənən əraziyə PYD qüvvələri yeridiləcək. Hazırda PKK ilə sıx əlaqədə olan PYD Rusiyanın dəstəyi ilə Azezə yaxınlaşmaqdadır”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər