Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rusiya PKK-nın əli ilə Türkiyədə qiyam planlaşdırır

Fevral 09
17:00 2016

PKK terror təşkilatı Siyasi Araşdırmalar Mərkəzi (NLP) adı altında kəşfiyyat orqanı yaradıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti kəşfiyyat orqanlarındakı mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, terrorçulara Şimali İraqdakı düşərgələrdə kəşfiyyat və xalq qiyamı kimi məsələlərdə təlimlər keçilib. Türkiyənin şəhərlərinə göndərilən terrorçuların Qəndilə kəşfiyyat məlumatları ötürdüyü və PKK-nın baharda qiyam başladaraq, bəzi bölgələrdə muxtariyyət elan etməyi planlaşdırdığı bildirilir:

“PKK son dövrlərdə Rusiyadan dəstək almağa başlayıb. Terrorçular Rusiyanın verdiyi silah-sursatı İqdırdan Türkiyəyə keçirərək, xalqa paylamağı planlaşdırır. Bu silahlarla Novruzda xalq qiyamının başladılması hədəflənir”.

Qeyd edək ki, artıq məsələ ilə əlaqədar Türkiyənin 81 vilayətinə xəbərdarlıq məktubu göndərilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər