Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Rusiya Suriyada istənilən müdaxiləyə reaksiya göstərəcək”

Fevral 19
17:35 2016

Suriya kürdlərinin nümayəndəsi: “Türkiyənin Suriyaya müdaxiləsi böyük müharibəyə səbəb olacaq”.

“Rusiya Türkiyənin Suriyaya daxil olacağı təqdirdə, kürd üsyançıları müdafiə edəcəyinə söz verib, ona görə də Ankara tərəfindən atıla biləcək belə addım böyük müharibəyə səbəb olacaq”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya kürdlərinin Moskvadakı nümayəndəliyinin rəhbəri Rodi Osman “Bloomberg” agentliyinə açıqlamasında deyib. “Rusiya istənilən müdaxiləyə reaksiya göstərəcək. Kürdlərlə yanaşı, Suriyanın ərazi bütövlüyünü də müdafiə edəcək”, – deyə o, söyləyib.

Öz növbəsində, Suriya müxalifətinin Moskvadakı nümayəndəsi Qadri Cəmil bildirib ki, havadan dəstək göstərməklə yanaşı, Moskva suriyalı kürdləri silah-sursatla da təmin edir.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər