Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rusiya Suriyada kimyəvi silahdan istifadə edib – VİDEO

Dekabr 01
17:40 2015

Rusiya İŞİD terror xəvaric qruplaşmasına qarşı kimyəvi silahdan istifadə etməyə başlayıb.

“İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının faktiki paytaxtı, Suriyadakı Rəqqa şəhərinin bombardmanları zamanı Rusiyanın fosfor bombalarından istifadə etdiyi bildirilir.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, Rəqqa sakinləri dünən gecə şəhər səmasında yerə düşən fosfor bombalarının video və fotolarını çəkiblər.
Rusiyanın Rəqqanın bombardmanı zamanı WP-dan, yəni ağ fosfordan istifadə etdiyi görünür.

Beynəlxalq hüquq belə fosfor bombalarından döyüşlər zamanı toqquşma meydanlarını işıqlandırmaq üçün istifadə etməyə icazə verir. Lakin ağ fosfor bombalarından piyada qoşun birləşmələrinə qarşı və ya yaşayış məntəqələrində istifadə qəti qadağandır. Həddən artıq zəhərli olan ağ fosfor dərini və sümükləri yandırır.
Rusiyanın bombardmançı təyyarələrinin noyabrın 13-də İdlib şəhərini bombardman edəndə də fosfor bombalarından istifadə etdiyi deyilir.

🎬

Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər