Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rusların bombaladığı dinc sakinlərin şok video görüntüləri

Oktyabr 03
20:18 2015

Rusiya təyyarələrinin Suriyada İŞİD terror xəvaric qruplaşmasını deyil, Əsədə qarşı vuruşan müxalifləri və dinc sakinləri bombalamasının video görüntüləri yayılmaqdadır.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, internetdə yayılan bir videoda “Meşve Meydan” adlı bir xəstəxanadan görüntülər təqdim edilir.

Videoda danışan həkim xəstəxanaya gətirilən yaralıların İŞİD terror xəvaric qruplaşmasından, müxaliflərdən deyil, tamamilə dinc sakinlərdən ibarət olduğunu bildirir.

“Xahiş edirəm, baxın burada yalnız yardıma möhtac aciz insanlar var,bunları bombalamaq insan haqlarına zidd deyilmi”, – deyə həkim bildirir.

🎬

Sələf Xəbər: “İslam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyri gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Digər xəbərlər