Səudiyyə Ərəbistanında 220 xarici vətəndaş İslamı qəbul edib
897 dəfə baxılıb
Səudiyyə Ərəbistanında Ramazan ənənələrindən və müsəlmanların qonaqpərvərliyindən təsirlənən 220 Filippin vətəndaşı İslamı qəbul edib.
“Sələf Xəbər”in İslamnwes.ru-ya istinadən məlumatına görə, bu barədə İslam Təlimatlandırma Mərkəzinin direktoru Şeyx Səlim əl-Məbadi bildirib. Onun sözlərinə görə, bir neçə gün iftar süfrələrinə qonaq olan xarici vətəndaşlar daha sonra İslama dəvət edilib. Filippin vətəndaşları bu dəvətə cavab verərək İslam dinini qəbul ediblər.
Səudiyyə Ərəbistanında iftar süfrələri təşkil etmək ənənəsi çox yayılıb və qeyri-müsılmanları da qonaq etmək adət halını alıb.
Onu da qeyd edək ki, keçən həftə ər-Riyad məscidində təravih namazından sonra 20 nəfər filippinli tibb işçisi də İslam dinini qəbul edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə)
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir”. (Bax: “Təfsir Əs-Saadi”)