Sələfi şeyxin qəbrini qazıyıb cəsədini yandırdılar
1. 042 dəfə baxılıb
Liviyanın Xarici İşlər Naziri Muhəmməd əd-Dayiri Ərəb Dövlətləri Liqasının (ƏDL) İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə Liviyaya dəstək mövzusunda çıxış edərkən tükürpədici faktlar qeyd edib.
Nazirin sözlərinə görə, İŞİD terror xəvaric qruplaşması ötən cümə günü Liviyanın Sirt şəhərində vəfat etmiş sələfi şeyxin qəbrini qazımış və cəsədinə od vurmuşdur.
Digər bir fakt isə elə həmin günü eyni şəhərdə üç nəfər sələfi şeyxin asılaraq edam edilməsi faktıdır.
Nazir İŞİD terror xəvaric qruplaşmasının digər bu kimi iyrənc əməllərini sadaladıqdan sonra ƏDL-dən bu qruplaşmaya qarşı mübarizədə kömək istəyib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.