Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Sərhədçilər: Əgər oruc tutmaq mümkünsüzdürsə orucunuzu açın”. – Əbdüləziz Ali Şeyx

İyun 06
18:00 2016

Səudiyyə Ərəbistanın müftisi böyük alim Şeyx Əbdüləziz Ali şeyx Ramazan ayının başlaması ilə əlaqədar bir çox sualları cavablandırıb.
Müfti ilk öncə insanları iftar süfrələrində israfçılıq etməməyə çağırıb. “İftar vermək yaxşı işdir. Bu haqda Salman əl-Farisinin (Allah ondan razı olsun) Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) nəql etdiyi rəvayətdə deyilir: “Kim oruc tutana iftar verərsə, onun üçün oruc tutanın savabının misli verilər. Oructutanın savabından isə heç nə azalmaz.” Lakin bu yaxşı işdə israfçılığa yol vermək olmaz.” Bu sözləri Müfti Əbdüləziz Ali Şeyx bildirib.
Müfti həmçinin gündüzləri 22 saata çatan ölkələrdə yaşayan müsəlmanların necə oruc tutmasına da aydınlıq gətirib.
“Əgər onların yaşadıqları yerdə gecə ilə gündüz seçilirsə, gündüzü oruc tutmalıdırlar. Uca Allah buyurur: “orucu gecəyə (gün batana) qədər davam edin.”
Əgər kimsə belə uzun günü oruc tutmaqda aciz olarsa, başqa vaxt həmin günü qəza edər.”
Müfti həmçinin sərhəddə keşik çəkən hərbiçilərin oruc tutmsına da münasibət bildirib.
“Sərhəddə keçik çəkənlər cihad etməklə yanaşı oruc da tutaraq daha xeyirlidirlər. Əgər oruc tuta bilirsinizsə tutun. Düşmənə müqavimət göstərmək üçün taqətin olmasını nəzərə alaraq çətinlik halında tutmaya bilərsiniz. Əvəzində isə başqa günlərdə qəza edərsiniz. Siz bu işinizlə onsuzda yaxşı əməl işləyirsiniz, mübarək günlər yaşayırsınız. Ciddi cəhd göstərin və sizə bəxş etdiyi nemətlərə görə Allaha şükür edin.”

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 200-cü ayə).
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).

Vətənimizin sərhədlərində keşik çəkən əsgərlərimiz üçün Allahdan müvəffəqiyyət arzu edirik. Qarşıdan gələn mübarək Ramazan ayında ölkəmiz üçün əmin-amanlıq və sabitlik arzu edirik.

Digər xəbərlər