Səudiyyə baş müftisi: İŞİD – İslamın ən böyük düşmənlərindən biridir
4. 377 dəfə baxılıb
Sələf Xəbər Sunna Press-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Əli Şeyx (Allah onu qorusun) Əl-Qaidə və İŞİD döyüşçülərini İslamın əsas düşməni adlandırıb.
“Ekstremizm, radikalizm və terrorçuluq ideyalarının islama heç bir aidiyyəti yoxdur, odur ki, onların dini rəhbərləri islamın bir nömrəli düşmənidir” – şeyxin bu sözləri ərəb kütləvi informasiya vasitələrində yayılıb. “Müsəlmanlar bu ekstremizmin əsas qurbanlarına çevriliblər. Buna, bu qruplaşmalar və onlarla əlaqəli olan birliklərin törətdiyi cinayətlər dəlalət edir”.
Bir çox dəlillər sadalayaraq, İslamın asanlıq, şəfqət, mərhəmət, xoş münasibət, mötədillik və “qızıl orta” dini olduğunu izah edən şeyx daha sonra bildirib: “Orta yol və mötədilliyin mahiyyəti, bu böyük prinsiplər nöqteyi-nəzərindən təzahür edir və məhz bunlar dinin – İslamın mükəmməlliyi və gözəlliyidir. Dünyada fitnə-fəsad yayılmasına, tarlaların məhv edilib və insanların qətlə yetirilməsinə səbəb olan ekstremizm, qəddarlıq və terrorçuluq ideyalarının islama heç bir aidiyyəti yoxdur. Əksinə, onlar İslamın ilk düşmənləridir, müsəlmanlar isə onların ilk qurbanları. Özünü İŞİD, Əl-Qaidə adlandıran və onlardan törəyən digər qruplaşmaların törətdiyi cinayətlər buna sübutdur.
Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) məhz onlara işarə edərək demişdir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır” (Buxari).
Bu xəvaric qruplaşmaları İslamı təmsil etmir və dinin əsaslarına möhkəm sarılan İslam ardıcılları sayılmır. Əksinə, onlar müsəlmanları günahlarına görə təkfir edən və onların malını və qanını özünə halal bilən İslamdan çıxmış ilk xəvaric qruplaşmasının ardıcıllarıdır” – “Əl-İqtisadiyyə” qəzeti baş müftinin sözlərini sitat gətirib. Əsas müsəlman ziyarətgahlarının yerləşdiyi Səudiyyə Ərəbistanı, islami məsələlərdə şübhəsiz avtoritet hesab edilir.
Sələf Xəbər: Şeyx Saleh as Suheymi (Allah onu qorusun) buyurmuşdur: “Şəriətin Ənsarları – DAİŞ , elə bir aldadıcı addır ki, zahirən guya islamı yaymaq, həqiqətdə isə İslamın düşmənlərinə xidmətdədirlər”. (Daiş – ərəbcədir, Azərbaycan dilinə tərcümədə isə “İŞİD” deməkdir)