Səudiyyə Ərəbistanı Ərafa haqqında rəsmi bəyanat yaydı
1. 394 dəfə baxılıb
Səudiyyə Ərəbistanı rəsmi bəyanatda bildirib ki, hacılar 2015-ci il sentyabr ayının 23-də Ərəfada olacaqlar.
“Sələf Xəbər”in Alarabiyya.net-ə istinadən məlumatına görə, Ali Məhkəmənin açıqlamasında deyilir ki, Ali Məhkəmə 1436-cı il üçün bazar günü, Zül-Qədə ayının 29-da axşam vaxtı məşvərət toplantısı keçirmiş və Zül-Hiccə ayının başladığını bildirən yeni ayın görünüb-görünmədiyini müzakirə etmişdir.
Məhkəmə bildirir ki, heç kəs yeni ayın görsənməsi haqqında məhkəməyə müraciət etmədiyi üçün, Zül-Qədə ayını 30 gün tamamlayacayıq. Çünki Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur ki, yeni doğulmuş ayı görə bilmədikdə, ayı 30 gün tamamlayın.
Bu şəriət dəlilinə əsasən, Ali Məhkəmə qərar verir ki, ayın dəyişməsi haqqında heç bir əsas olmadığı üçün sentyabr ayının 14-ü Zül-Qədə ayının son günü, 15-i isə Zül-Hiccə ayının biri hesab edilsin. Həccin Ərəfa ayinini yerinə yetirmək üçün Zül-Hiccə ayının 9-u, yəni Sentyabr ayının 23-ü hacılar Ərəfaya toplanacaqlar. Mübarək qurban bayramı isə sentyabr ayının 24-nə təsadüf edəcəkdir”.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)
Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)