Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı Kralı xeyriyyəçilik proqramında

İyun 12
20:09 2015

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz cümə axşamı günü BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) üzrə icraçı direktorunu qəbul edib.

“Sələf Xəbər” “Al- Arabiyya”-ya istinadən xəbər verir ki, Kral Salman Ertharin Cousini birgünlük səfər çərçivəsində Ciddə şəhərindəki krallıqda qarşılayıb.

Ümumdünya Ərzaq Proqramı icraçı direktoru Ertharin Cousin bildirib ki, WFP –in Səudiyyə Ərəbistanı ilə onilliklər ərzində aparılan əməkdaşlığı nəticəsində milyonlarla insanın həyatı xilas edilib. O deyib: “Birlikdə əməkdaşlıq sayəsində biz dünyada kasıblıqdan və aclıqdan əziyyət çəkən çoxsayda insana yardım edə bilirik”.

İçraçı direktor onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı WFP-in ən böyük donorlarından biridir. Bu ilin əvvəlində krallıq həm aclıqdan əziyyət çəkənlər, həm də Yəmən üçün bütün ehtiyacları əhatə edən humanitar yardım göndərməyə söz verib.

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)

“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.

Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər