Səudiyyə Ərəbistanı: “Suriyada Əsəd üçün bir gələcək yoxdur”
685 dəfə baxılıb
“Bəşər Əsəd öz vəzifəsini tərk etməlidir, əks halda, o, güc yolu ilə hakimiyyətdən uzaqlaşdırılacaq”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel əl Cubeyr Nyu Yorkda ölkəsinin müttəfiqləri ilə keçirdiyi görüşdən sonra bildirib.
Nazir Rusiyanın İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə Bəşər Əsədə kömək etmək üçün beynəlxalq koalisiya yaradılması barədə çağırışını rədd edib. O, vəziyyətdən yeganə çıxış yolunun Suriya prezidentinin hakimiyyətdən getməsi olduğunu deyib: “Suriyada Əsəd üçün bir gələcək yoxdur”.
Əl Cubeyrin fikrincə, Suriyadakı problemin tənzimlənməsinin iki yolu var: “Ən əlverişli variant keçid şurasının yaradılmasını nəzərdə tutan siyasi prosesdir. Digər variant isə yenə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcək hərb yoludur”.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan, istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 26-cı ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə, onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə, onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)