Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı Yəmənin çağırışına gəldi

Mart 25
16:13 2015

Səudiyyə Ərəbistanı Yəmən sərhədinə hərbi texnika yerləşdirib.

Vətəndaş müharibəsinin astanasında olan Yəməndə vəziyyətin gərginləşməsi Səudiyyə Ərəbistanını hərəkətə keçməyə məcbur edib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Yəmənin Xarici İşlər naziri Riyad Yasinin ötən gün Körfəz ölkələrini “husi” qiyamçılarının qarşısını almaq üçün tədbir görməyə çağırması öz nəticəsini verib.

Belə ki, Səud Krallığı Yəməndəki vəziyyəti nəzərə alaraq sərhədə ağır hərbi texnika və canlı qüvvə yerləşdirib.

Yəməndə baş verən qarşıdurmalarla əlaqədar BMT də narahatlığını bildirib. Ötən gün BMT Təhlükəsizlik Şurası (TŞ) Yəməndəki qarşıdurmalar səbəbilə təcili toplantı keçirib və “Husi” hərəkatı üsyançılarının fəaliyyəti isə pislənib.

Hətta BMT-nin Yəmən nümayəndəsi Camal Benomar ölkədə vəziyyətin bu gedişatla Suriya, Liviya və İraqda olduğu kimi uzunmüddətli daxili qarşıdurmanın mərkəzinə çevriləcəyini vurğulayıb.

Qeyd edək ki, husilər ötən ay prezident Abd Rabbuh Mənsur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, o, qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınıb.

Sələf Xəbər: Qeyd edək ki, İslam birdir və “mülayim”, “radikal”, “solçu” və ya “sağçı” İslam mövcud deyil. Beləliklə, həqiqi İslam vardır, onun əksi isə – insanların ekstremizmə və ya dində qayğısızlığa çağıraraq İslam adından ixtira etdikləri İslamda yeniliklərdir.

Uca Allah buyurur: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar…” (Qurani-Kərim, “Ənam” surəsi, 153-cü ayə).

Yəni bütün başqa yollar – həqiqi İslam deyildir.

Digər xəbərlər