Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı zəvvarlara elektron bilərzik hazırlayır – FOTO

May 27
14:51 2015

Suya dayanıqlı olaraq hazırlanan elektron bilərzikdə namaz saatlarını xəbər verən qurğu və qibləni təyin etmək üçün kompas da yer alacaq.

“Sələf Xəbər” english.alarabiya.net-ə istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanı hacı namizədləri üçün əhəmiyyətli məlumatlar ehtiva edən elektron bilərzik tətbiq etməyə hazırlaşır.

Dövlət departamentindəki mənbə bildirib ki, sxem ilə tanışlığın ilkin texniki-iqtisadi əsaslandırılması başa çatdırılıb: “Layihə indi büdcə təklifi üçün Maliyyə Nazirliyindədir. Maliyyə Nazirliyi və Ali hakimiyyət orqanları layihəni təsdiq etdikdə Həcc Nazirliyi dərhal bunu həyata keçirəcək”.

Onu da qeyd edək ki, bilərzik sayəsində hacı namizədlər haqqında statistik məlumatlar da əldə edilə biləcək.

📷

e-bracelets

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Digər xəbərlər