Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında bu müəlliflərin kitabları qadağan edildi

Dekabr 02
14:53 2015

Səudiyyə mediasının yaydığı məlumata görə bu ölkənin təhsil nazirliyi tabeliyində olan təhsil müəssisələrinə, kitabxana və təlim resursları mərkəzlərinə “Müsəlman Qardaşlar” təşkilatının banis və nümayəndələri hesab olunan Həsən əl-Bənna, Seyyid Qutb və Yusuf əl-Qardavinin müəllifi olduqları səksənə yaxın kitabın qadağan edildiyinə dair təmimnamə göndərmişdir.

Məktubda həmin kitabların iki həftədən gec olmayaraq müvafiq idarələrə təhvil verilməsi tələb olunur. Təhsil müəssisələrində adı çəkilən kitablardan hər hansı yolla istifadəsi də qadağan edilmişdir. Yalnız nazirliyin razılığı ilə çap edilmiş ədəbiyyat istisna edilə bilər.

Təmimnamədə qadağan edilən kitabların adları da qeyd edilmişdir. Həsən əl-Bənnanın “İslam etiqadında Allah” və “On tövsiyə”, Yusuf əl-Qardavinin “əl-Halal və əl-Haram”, Seyyid Qutbun “İslam barədə şübhələr”, “Bu dinin gələcəyi”, “Yoldakı nişanələr” və digər kitabları da qadağan edilmiş kitablar sırasındadır.
Əbul Əla əl-Movdudi, Malik bin Nəbi, Əbdülqadir Ovdə, Mustafa əs-Sibai, Ənvər əl-Cundi və Həsən ət-Turabi adlı şəxslərin bir çox kitabları da qadağan edilmişlər siyasına daxil edilmişdir.

Sələf Xəbər: Məşhur alim şeyx Salih Əli Şeyx (Allah onu qorusun) “Müsəlman Qardaşlar” təriqətinin hədəfləri barədə bunları deyib: “Onların çağırışının hədəfi – dövlətçiliyə (hakimiyyətə) nail olmaqdır. Onlar insanları Böyük və Uca Allahın cəzasından qurtarmağa, Onun rəhmətinə nail olmağa çağırış etməyə, qəbir əzabından və Cəhənnəm cəzasından xilas etməyə, Cənnətə yaxınlaşdıracaq əməllərə təşviq etməyə gəldikdə, bu işə əhəmiyyət verməzlər! Buna çox az diqqət ayırar və əhəmiyyət verməzlər!”

Sururilər və Qutbçular, yaxud sələfilik cildinə girmiş İxvanlar

Digər xəbərlər