Səudiyyə Ərəbistanında daha bir məsciddə partlayış törədilib
981 dəfə baxılıb
Səudiyyə Ərəbistanının cənub-qərbindəki Abha şəhərində məscidlərin birində törədilən partlayış nəticəsində 12-si təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla 15 nəfər ölüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının DİN-i məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan məsciddə partlayış ötən gün günorta saatlarında törədilib. Partlayışın üzərinə partlayıcı qurğu bərkidilmiş terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunur.
Qeyd edək ki, mayda Səudiyyə Ərəbistanında bir neçə məsciddə törədilən partlayış nəticəsində 20-dən çox adam ölüb. Partlayışlara görə məsuliyyəti öz üzərinə İŞİD terror xəvaric qruplaşması götürüb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)
XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şəriyyə fi kədayya əl-asriyyə”, 47)