Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında məsciddə terror aktı törədilib, ölənlər var – VİDEO

Oktyabr 17
15:46 2015

İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanında baş verən qanlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sayhat şəhərində qeydə alınıb.

Terrorçu dindarlara Kalaşnikov avtomatından atəş açıb.

Polis hücumda iştirakda şübhəli bilinən 2 nəfəri həbs edib.

Səudiyyə Ərəbistanının şərqində şiə məscidində açılan atəş nəticəsində 5 nəfər ölüb.

🎬

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər