Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında məscidə hücumda 4 nəfər ölüb – VİDEO

May 30
12:55 2015

Hadisə ölkənin şərq vilayətinin mərkəzi əd-Dammam şəhərində baş verib.

Səudiyyə Ərəbistanında cümə namazı zamanı məscidin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb. “Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Xəbərə görə, hadisə ölkənin şərq vilayətinin mərkəzi əd-Dammamda şəhərində baş verib.
Məlumata əsasən, qadın paltarı geyinən intiharçı özünü məscidin qadınlara aid hissəsində partlatmaq istəyib. Ancaq mühafizəçilər onu saxlayıb. O da özünü məscidin yaxınlığında partladıb. Xəbərdə bildirilib ki, partlayış nəticəsində 4 nəfər, o cümlədən intiharçı da ölüb.

Qeyd edək ki, bu yaxınlarda ölkənin şərqində yerləşən əl-Katıf rayonunun əl-Kodeyh qəsəbəsindəki məsciddə intiharçının özünü partlatması nəticəsində 21 nəfər ölmüş, yüzdən çox insan yaralanmışdı.

Terror hadisəsinin məsuliyyətini İŞİD terror xəvaric qruplaşması öz üzərinə götürüb.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər