Səudiyyə Ərəbistanında radikallar üçün qeyri-adi “həbsxana” – FOTO
1. 391 dəfə baxılıb
Səudiyyə Ərəbistanında məhkum olunmuş keçmiş ekstremistlər qeyri-adi islah üsulu ilə reablitasiya keçirlər.
“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanında məhkum olunmuş keçmiş ekstremistlər burada əsl terapiya keçərək, sanki bahalı kurortda istirahət edirlər.
Səudiyyə vətəndaşı 30 yaşlı Bədr əl-Anizi uzun illər ərzində cihadçı olmaq arzusunda olub. Üsyançı dəstələrə qoşulan Quantanamo mühacirləri ilə tanışlıqdan sonra o, döyüşmək arzusunu reallaşdırmaq üçün qaynar bölgələrdə vuruşmaq qərarına gəlir. Lakin tezliklə Bədr əl-Anizi Səudiyyə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınaraq həbs edilir.
Bədr əl-Anizinin yatdığı və keçmiş döyüşçülər üçün fəaliyyət göstərən həbsxana, əslində bahalı kurortu xatırladan bir reablitasiya mərkəziymiş. 6 ay həbs cəzasına məhkum olunan Bədr əl-Anizi burada qaldığı müddətdə futbol oynayıb, hovuzda üzüb, saunada dincəlib və terapiya keçibmiş. Onun sözlərinə görə, ona burada bir qardaş kimi davranıldığı üçün keçmiş döyüşçünün sərt ürəyinin yumşaldılmasına nail olunub. Həbsxanada keçirdiyi müddət ərzində Bədr əl-Anizinin İslam dini haqqındakı baxışları olduqca dəyişilib. Hətta reablitasiyanı bitirdikdən sonra o, həbsxanaya yeni düşmüş ektremistlərə müəllimlik edərək doğru yol göstərmək üçün buraya işə düzəlib.
Bəs bu qeyri-adi həbsxananın insanları dəyişən sirri nədədir?
Gənc müsəlman bildirib ki, beyinlərdə yaranan düşüncələrə zor və silah gücü ilə qalib gəlmək mümkün deyil. Onları yalnız ideoloji üsullarla dəf etmək olar.
Sələf Xəbər: Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)