Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında Ramazanda partlayışlar planlaşdıran İŞİD üzvləri saxlanılıb

İyul 20
15:50 2015

Səudiyyə Ərəbistanında son bir neçə ay ərzində xüsusi xidmət orqanlarının əməkdaşları İŞİD xəvaric terror qruplaşması ilə əlaqəli 431 terrorçu saxlayıblar və 6 terror aktının qarşısını alıblar.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının DİN rəhbəri Mənsur at Turki bildirib.

Məlumata görə, gizli terrorçu şəbəkəsi kamikadzeləri istifadə etməklə müqəddəs Ramazan ayında bir neçə güclü partlayışlar törətməyi planlaşdırıb. Hədəflər sırasında şiələrin kompakt yaşadığı rayonlarda məscidlər və xarici dövlətlərdən birinin səfirliyi olub.

Məlumata görə, terrorçuların saxlanılması ilə bağlı aparılan əməliyyatlar zamanı 37 polis əməkdaşı və mülki şəxslər həlak olub.

Saxlanılanlar arasında qonşu ərəb dövlətlərin vətəndaşlarının da olduğu bildirilir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər