Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında terror planının qarşısı alınıb – VİDEO

Aprel 30
17:32 2016

Şübhəli şəxslər təslim olmaqdan imtina ediblər və təhlükəsizlik qüvvələri ilə atışma zamanı öldürülüblər.

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri ölkədə terror aktının həyata keçirilməsinin qarşısını alıb.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri terror aktı həyata keçirmək istəyən iki şübhəli şəxsi zərərsizləşdirib.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları ölkənin cənub-qərbindəki Asir əyalətində iki şübhəli şəxsin idarə etdiyi avtomobilin yerdəyişməsini müşahidə ediblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, maşınlardan birində partlayıcı maddənin qoyulması ehtimal edilib.

Avtomobillərin sürücüləri, təhlükəsizlik qüvvələrinin onları izlədiyini gördükdə gizlənməyə səy göstəriblər. Terror aktı na hazırlıqda şübhəli bilinən hər iki şəxs təslim olmaqdan imtina ediblər və təhlükəsizlik qüvvələri ilə atışma zamanı öldürülüblər. Şübhəli şəxslərin şəxsiyyətləri hələ müəyyən edilməyib.

🎬

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər