Səudiyyə Ərəbistanından neft proqnozu
May 06
12:01
2015
784 dəfə baxılıb
“Neftin qiymətinin taleyi Allahın əlindədir”.
Dünyada neftin qiymətinin aşağı olduğu bir vaxtda Səudiyyə Ərəbistanı Krallığının Neft və Minerallar naziri Əli əl Naimi maraqlı açıqlama ilə çıxış edib.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, CNBC televiziyasına açıqlama verən nazir Əli əl Naimi neftin qiymətinin gələcək taleyi ilə bağlı danışıb:
“Heç kim neftin qiymətini müəyyən edə bilməz. Neftin qiymətinin taleyi Allahın əlindədir. Sanksiyaların aradan qaldırılması ilə bağlı İranın bazara daxil olmasından heç bir narahatlıq keçirmirəm. İranın bazara çıxışı qiymətlərin aşağı düşməsinə səbəb ola bilər”.
Naimi, həmçinin İranın neft hasilatını artırmasından da narahat olmadığını ifadə edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)