Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanının Baş müftisindən müsəlmanlara nəsihət

Mart 16
21:57 2015

“Sələf Xəbər” “əl-Ukaz” qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Baş müftisi Şeyx Əbdüləziz əl-Şeyx bəyan etmişdir ki, əhdə sadiq qalmaq, fitnəkarları və cinayətkarları gizlətməmək, onlara sığınacaq verməmək və insanları aldatmamaq müsəlmanın gözəl əxlaqındandır.

Həmçinin qeyd edib ki, müsəlman, ümməti və qardaşları üçün xeyir istəyər, qohum-əqrəbasına hörmət edər, onlarla əlaqə yaradar və onların pis davranışlarını əfv edər.

O, Riyad şəhərinin “İmam Turki bin Abdullah” məscidində verdiyi xütbəsində deyib:

“Müsəlmanın gözəl əxlaqındandır ki, ona verilən sirri gizli saxlayaraq yaymasın, müsəlmanlar üçün xeyir istəsin, onların başına gələn pis bir işə sevinməsin, onların təhlükəsizliyi və əmin-amanlığı üçün çalışsın. Bilsin ki, onların təhlükəsizliyi hər bir müsəlmanın boynunda zəruri bir vacibatdır. Hər bir müsəlman dindən kənar olan, yolunu azmış, zəlalət fikirlərdən uzaq durmalıdır. Allah-Təala bilir ki, o yolunu azmışlar namusu və qanı halal sayan zalım tayfadırlar. Onlar yalançıdırlar və ümmət üçün heç xeyir də istəmirlər.

Mömin isə bunların tam əksidir. Onlarla əlbir olmur. Əksinə, onlara düşmənçilik bəsləyər və onların etdikləri əməllərindən uzaq durar. Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gətirdiyi və insanların da xeyir və xeyirxahlıqla qəbul etdiyi İslam əxlaqı budur. Müsəlmanlar dinlərindən möhkəm yapışarlarsa, qüvvətli olarlar. İslamı bütün işlərdə əməllə həyata keçirtmək vacibdir. Çünki İslam dini kamil və tamamdır. Bu dindən və onun gözəl əxlaqından möhkəm yapışın ki, həqiqi müsəlmanlar olasınız”.

Sələf Xəbər: Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)

“Allah insanlara həqiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən, birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər