Səudiyyə Ərəbistanının Kralı Obama ilə görüşdən imtina edib
May 12
15:33
2015
975 dəfə baxılıb
Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz özünün ABŞ-a səfərini ləğv edib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “ABC News” telekanalı yayıb.
Telekanalın məlumatına görə, Kral bununla Prezident Barak Obama ilə öncədən planlaşdırılmış görüşü də ləğv etmiş olub.
Qeyd edək ki, bundan öncə Ağ Ev Amerika prezidentinin Səudiyyə kralı ilə şəxsən Fars körfəzi ölkələri liderlərinin sammitindən bir gün qabaq görüşmək istədiyini bəyan etmişdi.
Onu da xatırladaq ki, ərəb ölkələrinin əksəriyyəti Obama administrasiyasının bölgədə yürütdüyü siyasətdən narazıdır.