Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Ərəbistanının kralı vəliəhdi dəyişdi

Aprel 29
17:30 2015

Səudiyyə Ərəbistanının kralı Salman vəliəhdi olan Əbdüləzizi öz istəyi ilə vəzifədən azad edərək onun yerinə qardaşı oğlu Naif ibn Əbdüləzizi təyin edib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının televiziyasının yaydığı xəbərdə kral Salman ibn Əbdüləzizin oğlu şahzadə Məhəmməd ibn Salmanın da Məhəmməd ibn Naifin yerinə ikinci vəliəhd olaraq təyin edildiyi bildirilir.

Xəbərdə, həmçinin səhhətinin pis olması səbəbilə vəzifəsindən ayrılmaq istəyən Xarici İşlər naziri şahzadə Səud əl-Feysalın yerinə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl-Cübeyrin təyin edildiyi bildirilir.

Səhiyyə nazirliyinə Xalid ibn Əbdüləziz əl-Fəlihin, Əmək nazirliyinə Adil Fəqihin yerinə Mufric əl-Hikbaninin, İqtisadiyyat və Planlaşdırma naziri Məhəmməd əl-Casirin yerinə Adil Fəqihin təyin edildiyi bildirilir.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan, istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 26-cı ayə).

Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər