Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə Kralı: “Məsciddəki terror aktı cəzasız qalmayacaq!”

May 25
19:02 2015

“Sələf Xəbər” Sunna Press-ə əsasən bildirir ki, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz al Kadi kəndindəki şiə məscidində 21 nəfərin həyatına son qoymuş terror aktı ilə bağlı başsağlığı verib. O, həmçinin söz verib ki, cinayətkarlar və onlarla əlbir olanlar cəzalarını alacaqlar.

O, xalqa və Daxili İşlər naziri vəzifəsini tutan varis şəhzadə Muhəmməd bin Nayifə müraciət edərək “Bizim hamımız İslam və humanitar dəyərlərə zidd olan belə böyük miqyaslı terror təcavüzündən çox kədərlənirik”- deyib.

“Bu dəhşətli cinayətə səbəb olan, əlbir olan, həmfikir olan istənilən kəs məhkəməyə veriləcək və öz layiqli cəzasını alacaq”, – deyə Kral Salman bildirib.

“Al Arabiyya” bildirir ki, şənbə günü krallığın DİN-i terrorist kamikadzenin adını açıqlayıblar. Terror aktını səudiyyə vətəndaşı olan Salih bin Abdurrahmən Salih Al-Qişami törədib.

Artıq İŞİD terror xəvaric qruplaşması ilə əlaqədə olan və terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş qruplaşmanın 26 üzvü həbs edilib. Qeyd olunmuş kamikadzenin atası da nəzarət altına alınıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər