Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə muftisinə iftira atanlara rəsmi cavab

Aprel 10
21:39 2015

“Sələf Xəbər” bildirir ki, Səudiyyə Ərəbistanı Krallığının baş muftisi və Böyük Alimlər Məclisi idarəsinin rəisi Şeyx Əbdüləziz Ali-Şeyx rəsmi saytı olan mufti.af.org.sa saytında “şiddətli aclıq anında kişinin həyat yoldaşının ətini yeməsinin icazəliyi” barədə ona nisbət edilən fətvanı inkar edərək batil saymışdır.

O, Səudiyyə Xəbərlər Agentliyinə deyib: “Bizə nisbət olunan səhv fətva bütünlüklə yalan və iftiradan başqa bir şey deyildir. Bu cür yalanlar İslamı ləkələmək üçün yayılır. O İslam ki, insana – istər kişi, istərsə də qadın olsun, istisna etmədən yüksək qiymət verərək onu hörmətli saymış və onun dini, özü, əqli və namusu ilə bağlı haqlarını qorumuşdur”.

O, həmçinin Allah-Təalanın bu sözünü də şahid gətirmişdir: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (“əl-Hucurat”, 6)

Həmçinin mufti İslam toplumunun çiyin-çiyinə duraraq ümmətə qarşı pusquda duran müştərək düşməninə qarşı güclənməyə böyük ehtiyac olduğunu və toplumu sarsıtmaq, onu hədəflərindən yayındırmaq və ölkələrimizə və digər müsəlman ölkələrinə dil uzatmaq üçün yayılan yalanlara və batil sözlərə məhəl qoymamağa çağırmışdır.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!” (Qurani- Kərim, “əl-Əhzab” surəsi, 70-ci ayə)

Digər xəbərlər