Səudiyyə şahzadəsi İŞİD-ə qarşı əmr etdi
Avqust 10
14:45
2015
1. 057 dəfə baxılıb
Səudiyyə Ərəbistanının Daxili İşlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz ölkənin hüquq mühafizə orqanlarına ayıq olmaları barədə çağırış edib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin “SPA” agentliyi məlumat yayıb.
Məlumata görə, hüquq mühafizə orqanlarından ölkədə təhlükəsizliyi gücləndirmək və hücumlara qarşı ayıq olmaq tələb edilib.
Qeyd edək ki, avqustun 6-da ölkənin cənubundakı Asir vilayətində məscidlərdən biri İŞİD terror xəvaric qruplaşması tərəfindən partladılıb. Nəticədə 15 nəfər həlak olub.
Sələf Xəbər: XX əsrin məşhur sünni ilahiyyatçısı, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayya əl-asriyyə”, 47)