Səudiyyə şahzadəsi vəfat edib
İyul 10
16:56
2015
810 dəfə baxılıb
Səudiyyə Ərəbstanının sabiq Xarici İşlər naziri Səud ibni Faysal ibni Əbdüləziz vəfat edib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, 75 yaşında dünyasını dəyişən şahzadə 40 il Səudiyyə Ərəbistanının Xarici İşlər naziri vəzifəsini yerinə yetirib.
Lakin son vaxtlar səhhətində yaranan problemlərə görə Səud ibni Faysal 2015-ci il mayın 1-də vəzifəsini Adil ibni Əhməd əl Cübeyrə təhvil vermişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və bir neçə dövlət başçısı Səudiyyə Ərəbistanı Kralına başsağlığı verib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir”. (Qurani-Kərim, “Rəhman” surəsi, 26,27-ci ayələr)