Səudiyyədə “Bilik və savadın yüksəlişi” proqramının icrası davam edir
726 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Krallığı ölkədəki ali məktəblərdə təhsil alan tələbələr üçün “Bilik və savadın yüksəlişi” proqramları həyata keçirir.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, bu proqramlar Kral Əbdüləziz və onun dostları Fondu tərəfindən icra olunur. Cari ildə 4326 tələbə 79 təhsil inkişaf proqramına cəlb olunub. Onlardan 4000 nəfəri yerli inkişaf proqramlarına, 326 nəfər isə beynəlxalq proqramlara qoşulublar. Beynəlxalq inkişaf proqramlarının bir qismi xarici ölkələrdə təşkil olunub.
Üç həftəlik proqramlar avqustun 21-də başa çatacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”. (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)
Məhəmməd ibn Sirin, Dəxxak, imam Malik və başqaları deyirdilər: “Həqiqətən, bu biliklər – dindir, elə isə baxın, dininizi kimdən götürürsünüz”. (Müslim, 1/23, əd-Dərimi 1/224, əl-Xatıb 2/92)