Şeyx iki milyon müsəlmana iftar verəcək
873 dəfə baxılıb
“Sələf Xəbər”in oxu.az-a istinadən məlumatına görə Ramazan ayı ərzində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təxminən 2 milyon porsiya pulsuz yemək paylamağı planlaşdırırlar. Bu barədə Khaleej Times məlumat verir.
Layihə BƏƏ prezidenti Xəlifə bin Zayed Al Nahyanın xeyriyyə fondu tərəfindən həyata keçiriləcək.
İftar zamanı pulsuz yeməyi bütün ölkə üzrə 105 məntəqədə əldə etmək mümkün olacaq. Bundan başqa, təşkilatçılar xaricə ərzaq məhsullarının olduğu yüzlərlə bağlama göndərmək niyyətindədirlər.
Fond bu cür xeyriyyə aksiyasını səkkizinci dəfədir ki, BƏƏ-nin yüksək vəzifəli şəxslərin himayəsi altında keçirir.
“Khalifa Foundation”nın baş direktoru Məhəmməd Hacı əl-Hurinin qeyd etdiyi kimi, layihə İslam dinində əsas olan mərhəmətə əsaslanır.
“Kim oruc tutana iftar verərsə ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi.)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)