Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Şeyx Sudeys Peyğəmbər məscidini təmizləyir – FOTO

Mart 12
15:55 2015

“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, Kəbə məscidinin imamı və “İki Müqəddəs Məscid” işlərinin rəisi, professor şeyx Əbdurrəhman əs-Sudeys Peyğəmbər məscidinin ərazisini təmizləyən işçilərin birinin təmizləyici maşından düşməsini tələb edərək özü həmin maşında əyləşmiş və on dəqiqədən çox bir müddətdə özü təmizlik işi ilə məşğul olub.

Bununla kifayətlənməyərək təmizlik işi ilə məşğul olan fəhlələrə təşəkkür etmiş və vəzifəsindən asılı olmayaraq “İki Müqəddəs Məscid”in xidmətində duran hər bir kəsin bu xidmətlə şərəflndiyini qeyd edib.

Şeyx Sudeysin davranışı sosial şəbəkələrdə geniş yayılıb. Şərh yazanlar bildiriblər ki, məsul bir şəxsin bu cür davranışı iş ab-havasının xoş olmasına və işçilərin həvəslənməsinə kömək edir.

Şeyx Sudeys hər ayın əvvəlində Peyğəmbər məscidində toplantı etdiyi kimi, bu dəfə də Peyğəmbər məscidinin işləri ilə maraqlandıqdan sonra Mədinə şəhərindən getmişdir.

📷

B_NJSY3UsAIJuwV

B-s6GccVIAA8YST

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmçinin buyurmuşdur: “Ancaq üç məscidi ziyarət etmək məqsədilə səfərə çıxılır: Məscidul-Haram (Məkkədə), Peyğəmbərin məscidi (Mədinədə) və Məscidul-Aqsa (Qüdsdə)”. (əl-Buxari)

İmam İbn əl-Əsir bu hədis barəsində demişdir: “Hədisin mənası: Bu üç yerin əzəməti və şərəfi səbəbi ilə onlardan başqa ibadət və ya Fövqəluca Allaha yaxınlaşmaq niyyəti ilə hər hansı bir yerə getməyi arzu etməmək”. (“Cəmi əl-usul”, 9/283)

Digər xəbərlər