Sina yarımadasında İŞİD-lə qanlı döyüşlər gedir
749 dəfə baxılıb
Misirin Sina yarımadasında hərbi qarşıdurma yaşanır. İŞİD xəvaric terror qruplaşması bu regionda yeni cəbhə açıb, gün ərzində 200 nəfər öldürülüb.
“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, Misir ordusu Sina yarımadasının şimalında yerləşən İŞİD xəvaric terror qruplaşmasının bir qolu sayılan “Vilayəti Sina” qruplaşmasına hücuma keçib. Məlumatda keçirilən əməliyyat nəticəsində Misir ordusunun 70, terrorçuların isə 100-dən artıq döyüşçüsünün həlak olduğu bildirilir. Misir ordusu F-16 hərbi təyyarələrinin və “ Apaçi” helikopterlərinin köməyi ilə terrorçulara ağır zərbə endirib. Ərəb liqası ölkələri baş verənlərlə bağlı növbəti fövqəladə iclasını keçirməyi qərarlaşdırıb. İsrail isə Misirlə sərhədi bağlayaraq, ordunu tam döyüş vəziyyətinə gətirib.
Qeyd edək ki, İŞİD xəvaric terror qruplaşmasının bir qolu sayılan “Vilayəti Sina” Qəzza bölgəsində Həması devirəcəyini və İsraili yer üzündən siləcəyini elan etmişdi.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.