Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

ŞOK: Qədim ingilis sikkəsinin üzərində tövhid kəlməsi – FOTO

Mart 12
21:38 2015

“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, bu il beşinci Əməvi xəlifəsi Abdul Məlik ibn Mərvanın əmri ilə hicrətin 77- ci, miladın isə 690- cı ilində 77 dinarı kimi tanınan ilk Ərəb dilində olan dinarın düzəldilməsindən 1325 il keçməsinə təsadüf edir.

Bu arada, keçmiş İngiltərənin kralını tanımağımız əhəmiyyətli və münasib sayılır. Çünki 1241 il öncə onun düzəltdiyi dinarın üzərində özünə və rəiyyətinə yad olan hərflərlə, tamamilə Ərəb və İslam üslubuna uyğun olan və bundan da əlavə, hətta tarixi hicri ili ilə də yazmasına görə bəziləri onun İslamı qəbul etdiyini deyir.

O dinar 4 qram qızıldan ibarət idi. Onun kiçik və yüngül olmasına baxmayaraq, böyük mübahisələrə səbəb olub. Əgər 1841-ci ildə üzrində Offa Rex adı həkk olunmuş dinar parçası tapılaraq İngiltərədə onu görmək istəyənlər üçün muzeyə qoyulmasaydı, heç kəs inanmazdı ki, kral Offa onun üzərinə “lə iləhə illəllah, vahdəhu lə şərikə ləh” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, Təkdir və şəriki də yoxdur) sözü ilə bərabər “ət-Tövbə” surəsinin 33-cü ayəsinin böyük hissəsini “Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” və əlavə olaraq hər iki üzünə də “Muhəmməd rasulullah” (Məhəmməd Allahın rəsuludur) şəhadətini həkk edibmiş.

📷

sx-news-1794-1

Tövhid kəliməsinə hörmət olaraq öz adını tərsinə yazır

Hətta kral Offa Quran ayəsinə və Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) peyğəmbərliyinə şahidlik edən kəliməni hörmət olaraq tərsinə yazmamaq üçün öz adını tərsinə yazmışdır.

Tarixlənmiş dinarın üzərində “bu dinar 157- ci ildə düzəldilib” kəliməsi ilə bərabər Offa adı da tərsinə yazılıb. Hicri ilə olan 157-ci il miladi ilə 774-cü ildir.

Həmin ildə Offa 39 il sürən hökmünün ən yüksək zirvəsində idi və 796- cı ildə vəfatı ilə hökmü bitərək yeganə oğluna keçir. Lakin oğlu hakimiyyətə gəldikdən 141 gün sonra vəfat edir və bununla da Offilər sülaləsi bitmiş olur və həmin dinarın istifadəsi dayanır. Lakin heyrət edici sual yenə də davam edir. Görəsən, xristianlıq hökm sürən bir ölkədə kralın İslama çağıran dinarı düzəltməkdə məqsədi nə idi?

Bir-birinə zidd rəylər

Offanın İngiltərənin ən güclü kralı olduğu məşhurdur. O, ilk dəfə 7 krallıqlardan biri olan Mercia Krallığının kralı olmuş və sonra isə digər kiçik krallıqları da fəth edərək iki qızını Visikis və Sakson vilayətinin başçılarına verərək İngiltərənin əksəriyyətini öz nüfuzu altına alır və Fransanın kralı Şarlman və papa birinci Andryan ilə iki saziş bağlayır.

Offadan qalan xatirə yalnız indi də onun adını daşıyan qalanın izi və 4 mənaya yozulan ən mühüm təfsirə malik dinarıdır. Belə ki, o, ya İslama gəlmiş, ya mənasını anlamadan bəzək üçün ərəb sözündən və Quran ayələrindən istifadə etmiş, ya 787-ci ildə papa ilə bağladığı sazişdə ona illik fidyə verməsi üçün qızıl dinar ödəmiş, ya da ki, pul düzəldə bilmədiyi üçün Abbasi dövlətinin mütəxəssislərindən almışdır.

Onun İslamı qəbul etdiyinə etiqad edənlər və onlardan da biri elə Offanın dövründə yaşayan tarixçi və nəsəb alimi kimi tanınan İbn əl-Kəlbi deyir ki, ikinci fərziyyə məntiqə uyğun deyil. Onun bilmədiyi ifadələri dinara həkk etməsi mümkünsüzdür. Əgər o yazdığı ifadənin mənasını soruşub bilsəydi, onu mütləq olaraq inkar etmiş olardı. Çünki o ifadə digər bir dinin haqlı olduğuna şəhadət gətirməkdir və bəzək üçün deyildir.

Kral Offa imanını heç kəsə bildirməyən müsəlman idi

Digərləri demişdir ki, İslam mədəniyyətinə vurğun olan bəzi Avropa kralları öz adlarını pul üzərinə ərəb dilində yazardılar. Onlardan səkkizinci Alfonsonu Normanın bəzi başçılarını misal gətirmək olar. Hətta Roma dövlətinin imperatoru dördüncü Henri mədəndən olan pul düzəldir və özlərinin dediklərinə görə, Abbasi xəlifəsi əl-Muqtədir Billəhdən xoşu gəldiyi üçün onun adını həmin pulun üzərində yazdırır.

Lakin onun müsəlman olduğunu deyənlər buna cavab verir ki, heç bir avropalı kral bunun kimi İslamın tövhid kəliməsini pul üzərində həkk etməmişdir. Ağılasığmazdır ki, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) rəsulluğunu təsdiq edən pulu papaya cizyə kimi verilə. Çünki Vatikan papası digər dini üstün tutan və o dinə çağıran pulu qəbul etməzdi. Bundan da mühümi odur ki, dinarın bu formada düzəldilmə vaxtı papa ilə saziş vaxtından 13 il öncədir.

O vaxtın İslam ölkəsinin mütəxəssislərinə söykənməsi isə ən zəif sübutdur. Çünki Offa özü müxtəlif pullar düzəltməkdə pərgar idi. Bir neçə pullar vardır ki, o, üzərinə öz adını və rəsmini və hətta həyat yoldaşı kraliça Sinezrizin də rəsmini həkk etmişdir. Heyrətedici sualla birlikdə mübahisə davam edir.

Görəsən, Offa imanını gizlədən bir müsəlman idimi? Vəfat etdi, lakin İslama gəldiyini heç kəs bilmədi?

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)

“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə)

“Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər