Süpürgəçi tapdığı 35 min dolları sahibinə qaytarıb
801 dəfə baxılıb
“Haramdan xeyir gəlməz. Haramla heç nə əldə edilməz”.
Türkiyədə insan dəyərlərinin hələ də var olduğunu sübut edən maraqlı hadisə yaşanıb.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, İstanbul Atatürk hava limanında işləyən bir nəfər təmizlik işçisi gənc oğlan, dəhlizi təmizləyərkən içərisində 35 min dollar olan pul kisəsi tapıb. O, heç bir əlavə şey ağlına gətirmədən, kisənin sahibini tez tapmaq üçün pulları müdiriyyətə təslim edib.
Rəhbərlik təcili anonsla pul kisəsinin sahibini tapa bilib.
Aylıq maaşından 75 dəfə artıq olan pulu qaytaran gənc oğlan bir anda qəhrəmana çevrilib.
Pul kisəsinin sahibi müdiriyyətdən həmin gənci görməyi xahiş edib.
Ən maraqlı an isə həmin vaxt yaşanıb.
Təmizlikçi oğlan kisənin sahibi ilə görüşündə “Haramdan xeyir gəlməz. Haramla heç nə əldə edilməz” deyib.
Bu həssas davranışdan ötəri Atatürk Havalimanı rəhbərliyi təmizlikçi oğlana 500 lirə mükafat verib.
“Bu davranış böyük bir vicdan və əxlaqın məhsuludur” deyə müdiriyyət açıqlama verib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 99-cu ayə)
Uca Allah, həmçinin buyurur: “(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!” (Qurani-Kərim, “Tövbə” surəsi, 112-ci ayə)