Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Suriya müxalifəti vahid fikirə gəlməkdədir

Dekabr 10
17:40 2015

Suriya müxalif qrupları paytaxt Ər-Riyadda təşkil edilən yığıncağın ilk günündə Səudiyyə Ərəbistanın Bəşər Əsədlə bağlı təklifi ilə razılaşıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, razılığa görə, rejim ilə danışıqlar yalnız Bəşər Əsədin tam səlahiyyətli keçid hökumətində və Suriyanın gələcəyində yer almaması şərti ilə baş tutacaq.

Razılığın detalları bu gün yayımlanması gözlənilən nəticə bildirişlərində dəqiqliklə ifadə olunacaq.

Qeyd edək ki, Suriya müxalifətinin siyasi və hərbi üzvlərinin dekabrın 18-də Nyu Yorkda reallaşacaq Suriya Zirvəsindən öncə Ər-Riyadda toplanması diqqət çəkib.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər