Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Suriya ordusu bölgədə türk varlığına son vermək üzrədir

Noyabr 21
18:55 2015

Türkmən dağı işğal edildi: On minlərlə türkmən qətliamla üz-üzə!

Suriyada bir neçə gündür hücumlara məruz qalan Türkmən dağı təslim olub.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, 15 gündür Bayır Bucaq bölgəsinə hücum edən Rusiya, Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirib. Bununla da 25 min türkmən qətliyam təhlükəsi ilə üz-üzə qalıb.

Rusiya təyyarələrinin bombardmanlarından, İranın minlərlə polisinin dəstəyindən istifadə edən Suriya ordusu bölgədə türk varlığına son vermək üzrədir. Yaşadıqları torpaqları müdafiə edən müxalif türkmənlər heç bir İŞİD terrorçusunun olmadığı bölgəni 15 gündür bombalayan Rusiya təyyarələrinin təzyiqi ilə geri çəkilmək məcburiyyətində qalıb. İran dəstəkli Suriya ordusu artıq Türkmən dağı bölgəsinə girib. Əsəd ordusunun strateji Qımam təpəsini alması ilə başlanan Bayır Bucaq hərəkatı mərkəz sayılan Qızıldağın alınması ilə bitib və bölgə bütünlüklə Rusiya-İran-Əsəd qüvvələrinin nəzarətinə keçib.

Bəşər Əsədin məmləkəti olan Lazkiyənin 20 kilometrliyində olan Qımam təpəsi ötən gün təslim olmuşdu. Qımamın təslim olması ilə minlərlə İran polisi və onlara dəstək verən əfqan, livanlı, iraqlı polisin Qızıldağa hücum keçiblər. Nəticədə 10 min türkmən Rusiya bombalarına hədəf olmamaq üçün Türkiyə sərhədinə axın edib. Bayır Bucaqda qalan 25 türkməni isə qətliam gözləyir.

Türkmən dağında gedən döyüşlərdə Sultan Abdulhamid Tugayının komandanlarından Zəkəriyyə Abdullahın şəhid olduğu bildirilir. Suriya Türkmən Məclisi Bayırbucak nümayəndəsi Ömər Cerenin sözlərinə görə 10-dan çox kənd boşaldılıb, 200-ə yaxın yaralı var. 20 türkmən döyüşçüsü isə şəhid olub. “Hazırda biz Əsədlə deyil, Rusiya, İran, İraq, Çinlə döyüşürük. Bizi dörd bir tərəfdən vurmağa başlayıblar. Göydən yağmur yerinə bomba yağsa da, torpaqlarımızdan vaz keçməyəcəyik, sona qədər müqavimət göstərəcəyik”.

Türkmən dağında döyüşən Suriya ordusunun heyəti İraq, İran, Livan və Əfqanıstandan ölkəyə gətirilən muzdlu şiə döyüşçüləridir. Rusiyanın da dəstək verdiyi hücumlarda 2013-cü ildə Türkiyənin Reyhanlı qəsəbəsində terror aktı törədərək 52 şəxsin ölümünə səbəb olan “Mukaveme-i Suri (Acilciler)” adlı terror təşkilatı da iştirak edir. Şiə polislərin sursatını SEPAH-ın (İran) Qüds Gücü təmin edir. Bu qrupun başında iranlı general Qasım Süleymani durur.

Qeyd edək ki, Bayır Bucaq bölgəsi tarixi türkmən torpaqlarıdır. Yerli türkmənlər Suriyada baş verən inqilabdan sonra Əsədə qarşı müxalifətə keçib. Bölgədə İŞİD terrorçuları yoxdur. Türkmən dağının ətrafında İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan kəndlər isə ABŞ və Türkiyə hərbi hava qüvvələrinin dəstəyi ilə türkmən gücləri tərəfindən azad olunub.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər