Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Suriyada 45 qəbilə PYD-ni məhv etmək üçün qərar qəbul edib

Mart 18
19:00 2016

Türkiyənin Şanlıurfa vilayətində toplaşan 45 qəbilə başçısı Suriyada PYD-yə qarşı “Ceyşu Əşair əş-Şərqiyyə” adı altında ordu qurulmaq haqda qərar qəbul edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Suriyanın böyük ərəb qəbilələri PKK terror təşkilatının Suriya qolu olan PYD-nin muxtariyyət elan etməsinə sərt reaksiya verib.

Şanlıurfa vilayətində toplaşan qəbilə başçıları PYD ilə mübarizə aparmaq üçün ərəb ordusu qurmaq haqda qərar qəbul edib.

Dünən Hələb, Deir əz-Zor, Raqqa və Hasəkədə məskunlaşan böyük qəbilələrin başçıları və Azad Suriya Ordusunun (OSO) Baş qərargah rəisi general Əhməd Bərrinin də iştiraki ilə bir yerə toplaşıb.

Şanlıurfada baş tutan və 45 qəbilə başçısının iştirak etdiyi görüşdə PYD-yə qarşı mühüm addımlar atılıb.

İclasdan sonra dərc olunan açıqlamada “Şimali Suriya Federasiyasının” Suriya xalqına xəyanət olduğu və qərarın qətiyyən tanınmayacağı bildirilir.

Suriyanın şimalını tamamilə ələ keçirməyı planlaşdıran PYD terrorçularına qarşı təcili olaraq “Ceyşu Əşair əş-Şərqiyyə” (Şərq Qəbilələri Ordusu) adı altında ordusu qurulacaq. Qəbilə başçıları bu ordunun terror təşkilatı PYD məhv edilənə qədər saxlanılacağı haqda da qərar qəbul ediblər.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər