Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Suriyada atəşkəs rejimi qüvvəyə mindi

Fevral 27
15:48 2016

Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə atəşkəs rejimini dəstəkləyən qətnamə qəbul edib.

Sənəddə qeyd olunub ki, Suriya hökumət qüvvələri, həmçinin müxalif birləşmələr döyüş əməliyyatlarının dayandırılması şərtlərini qəbul etdikləri barədə Rusiya və ABŞ-ı məlumatlandırıblar.

“Atəşkəs rejiminə əməl olunduğu halda, münaqişə tərəfləri nümayəndələrinin növbəti görüşü martın 7-də keçiriləcək”, – deyə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən fevralın 27-dən Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minir.

Bununla belə, İŞİD və “Cəbhət ən Nüsrə” terror qruplaşmalarına qarşı əməliyyat davam etdiriləcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük İslam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir və məhz buna görə Uca Allah bunu qadağan etmişdir”.

Digər xəbərlər