Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Suriyada hospital vurulub

Fevral 10
17:49 2016

Suriyada hospitalın vurulması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Sələf Xəbər” Milli.az-a istinadən xəbər verir ki, bu barədə Sərhədsiz Həkimlər Təşkilatı məlumat yayıb. Təşkilatın çalışdığı Tafas hospitalı Suriyanın cənubunda, İordaniya sərhədinin yaxınlığında yerləşir.

Bu ərazidə Suriyanın hökumət qüvvələri ilə üsyançılar arasında döyüş gedir. Hələlik hospitalın hansı tərəfdən vurulduğu bəlli deyil. Amma Suriyanın hökumət qüvvələri son həftələr Rusiya aviasiyasının dəstəyi ilə ərazini ələ keçirməyə cəhd göstərir.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər