Suriyalıların yarısının humanitar yardıma ehtiyacı var
1. 121 dəfə baxılıb
Suriyada humanitar yardım ehtiyacı olan sakinlərin sayı əhalisinin 10,8 milyona çatıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda BMT Təhlükəsizlik Şurasının toplantısında qurum baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos bildirib. Onun sözlərinə əsasən, bu 3 il öncəkindən 10 dəfə çoxdur.
“2011-ci ildə Şurada demişdim ki, Suriyada əhalinin bir milyonunun humanitar yardıma ehtiyacı var. Bu gün isə onların sayı 10,8 milyona çatıb”- deyə, o, vurğulayıb.
O, deyib ki, yalnız yarım ildə ərzaq, medikament və başqa bu sayaq mallara ehtiyacı olanların sayı 1,5 milyon nəfərdir.
BMT təmsilçisinin sözlərinə görə, suriyalıların 4,7 milyonu döyüş gedən bölgələrdə yaşadığından onlara humanitar yardım çatdırmaq mümkün deyil.
Xatırladaq ki, Suriya Mərkəzi Statistika Bürosu 2011-ci il dekabrın 31-də ölkənin daimi əhalisinin sayının 21,377 milyon olduğunu bildirib.
Sələf Xəbər: Bu kədərli fakt inqilabların,ümumiyyətlə , xeyir gətirmədiynin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların
rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.Görkəmli İslam alimi, şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur. Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi
orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Buluğ al-Məram”).